Qaranquşlar niyə yağışdan əvvəl aşağıdan uçurlar?

  • By Günel
  • 20 Sentyabr 2024 12:08

 Məlumdur ki, qaranquşlar yağışdan əvvəl aşağıdan uçurlar və bu hadisə yağışın yağması barəsində xəbərdarlıq hesab edilir. Bəs bunun əsl səbəbi nədir?

Gununsesi.info xəbər verir ki, ümumi olaraq bu sürətli quşlar nadir hallarda yerə enir. Onlar həşəratlarla qidalanır və su hövzəsi üzərindən uçarkən su içirlər. İsti havalarda həşəratlar yuxarıdan uçduğu üçün qaranquşlar asanlıqla qidalanır və aşağıdan uçmaq ehtiyacı hiss etmirlər. Araşdırmalar nəticəsində bəlli olub ki, yağışdan əvvəl havada rütubət artır və qaranquşların qanadlarında kiçik su damlaları yığılır ki, bu da onların yuxarıdan uçmasına mane olur. Belə olduqda, həşəratlar aşağıdan uçmağa başlayır və bununla qidalanan qaranquşlar da aşağıdan uçmalı olurlar. Qədim dövrlərdən bu yana qaranquşların bu əlaməti yağışın yağmasını bildirməsi kimi qəbul olunub.

Orxan Saffari

Gununsesi.info