İlqar Musayev: “COP29 ilə bağlı saxta xəbərlər yayılır”

  • By Günel
  • 25 Sentyabr 2024 12:40

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı saxta xəbərlər yayılır.

Gununsesi.info “Report”- a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi İlqar Musayev bildirib.

Onun sözlərinə görə, bu xəbərlərdə guya COP29-la bağlı iş yerlərinin açılması və yaxud hansısa maliyyə dəstəyinin göstəriləcəyi kimi saxta məlumatlar olur: “Bu məlumatları daim analiz edirik. Onların yerləşdirildiyi resursların bloklanması üzrə işlər gedir. Son iki ayda biz tərəfdən həmin dezinformasiya yayan 15 resurs bağlanılıb”.

Gununsesi.info