Livanda gərginliyi azaltmaq üçün Rusiyaya müraciət edib

Livan İsraillə münaqişənin gərginliyini azaltmaq üçün Rusiyaya müraciət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə RBC Livanın keçmiş prezidenti Mişel Aunun müşaviri Amal Abu-Zeydə istinadən məlumat yayıb.

“Biz Rusiyadan dəstək axtarırıq, çünki Rusiya şübhəsiz ki, mühüm rol oynaya bilər. Onun İran və Hizbullahla müəyyən əlaqələri var. Onlar hələ də israillilərlə danışa bilirlər”, – deyə diplomat vurğulayıb.

O, bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini və Rusiya prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanovla daimi əlaqə saxlayıb.

Abu-Zeyd, həmçinin qeyd edib ki, Moskva Qərb ölkələrinin diqqətinə görə “açıq hərəkət etmir”.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva İsrailin Livana genişmiqyaslı hərbi hücumlarını pisləyir.

 

 

Gununsesi.info