
Braziliya sentyabrın 27-də Nyu-Yorkda Qlobal Cənubda 20 ölkənin nümayəndələri ilə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Çinlə birgə “altı bəndlik sülh planını” müzakirə etməyi planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bu barədə Reuters xəbər verir.
İclasda Kolumbiya, Misir, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Qlobal Cənubun digər ölkələrinin iştirakı gözlənilir.
Ukraynanın ən böyük dəstəkçiləri olan Avropa hökumətlərinin nümayəndələri dəvət olunanlar arasında deyil.
Bildirilir ki, iclasa Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə baş müşaviri Selso Amorim sədrlik edəcək və o, iştirak edənləri Ukraynada nizamlanma üzrə Braziliya-Çin “altı bəndlik konsensusu” dəstəkləməyə inandırmağa çalışacaq.