Bakı Metropoliteni haqqında bilmədiklərimiz

Dünyada ən çox istifadə edilən və rahatlığı ilə bilinən ictimai nəqliyyat olan metropolitenlər haqqında nə bilirik?

Gununsesi.info Bakı Metropoliteni haqqında bilinməyən faktları təqdim edir:

Bakı Metropolitenin tikilməsi ideyası, hələ tikilməmişdən 30 il əvvəl yaranmışdı. Nəhayətdə isə metronun tam həcmli tikintisi 1951-ci ildə başlanılıb.

Bəs Bakı Metropoliteninin ilk qatarı maşinistinin kim olduğunu bilirsinizmi?

Onlar maşinist Salman Ələkbərov və maşinist köməkçisi Akif Mirzəyev idi.

Bakı Metropolitenin “Ginnesin rekordlar kitabı”na Şərqdə ilk metro kimi düşmüşdür.

“Vestikafkaza.ru” 2015-ci il oktyabrın 13-də dərc etdiyi dünyada ən orijinal metro stansiyalar siyahısına, Bakı metropoliteninin “Nizami” stansiyasını da daxil edib.

Qeyd edək ki, Metropolitenin ümumi uzunluğu təxminən 40 km olan 3 xəttdən, 27 işləyən və dörd tikilən stansiyadan ibarətdir.

Həmin stansiyaların 11-nin vestibülü vardır. Stansiyaların 7-si böyük dərinlikdə yerləşir.

Metropolitendə pilləkən zolağının ümumi uzunluğu 4.000 metrdən artıq olan beş tipli 39 ekskalator işə salınmışdır. Tunel tikililərinin ümumi uzunluğu isə 17.1 kilometrdən artıqdır.

 

Orxan Saffari

Gununsesi.info