JF-17C təyyarələri Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib

  • By Günel
  • 25 Sentyabr 2024 12:30

Müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.

Gununsesi.info– nun xəbərinə görə, JF-17C (Block-III) təyyarələri Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə sentyabrın 25-də JF-17C (Block-III) təyyarələri təqdim olunub.

Gununsesi.info