
Qərb Ukraynanın Rusiya ilə BMT Nizamnaməsi prinsipləri əsasında ədalətli danışıqlara getməsinə imkan verməyəcək.
Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin qadağasını açıqlayarkən bildirib.
Onun sözlərinə görə, Ukraynada çevriliş nəticəsində hakimiyyətə gələn və dərhal rus dilini qadağan edəcəklərini bəyan edənlər Krımı, Donbası, Novorossiyanı təmsil etmirdilər :“Biz indi Qərbə Ukrayna rəhbərliyini ədalətli danışıqlara və nizamnamənin prinsiplərini nəzərə almağa məcbur etməyə imkan verməyən səbəblər kimi görürük”.