
Tayland kralı nikah bərabərliyi qanun layihəsini imzalayıb və ölkə Cənub-Şərqi Asiyada eynicinsli birlikləri tanıyan ilk ölkə olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, qanun layihəsi iyun ayında Senatda təsdiqlənsə də, lakin qanun olmaq üçün kralın təsdiqini tələb edirdi.
Nəhayət, sözügedən qanun qüvvəyə minərək, “Royal Gazette-də” dərc edilib.
Bu barədə LGBTQ+ fəalı, Banqkok Qürur hərəkatının həmtəsisçisi Ann Chumaporn da BBC-yə müsahibəsində bildirib ki, bu gün biz təkcə nikah şəhadətnaməsində adlarımızı yazmırıq, həm də tarixə bir səhifə yazırıq:“Bu bizə deyir ki, sevgi heç vaxt kim olmaq üçün doğulduğumuzu şərt qoymur”.
Bu qanunun qəbul edilməsi cəmiyyətdə də müsbət qarşılanıb. Beləki, fəallar bu addımı tarixi hadisə kimi qiymətləndiriblər. Onlar bu qanunun evlilik bərabərliyi üçün illərlə davam edən kampaniyanın kulminasiya nöqtəsi olduğunu bildiriblər.
Məlumata görə, yeni qanunda “ərlər”, “arvadlar”, “kişilər” və “qadınlar” əvəzinə gender baxımından neytral terminlərdən istifadə edilir və eynicinsli cütlüklərə övladlığa götürmə və miras hüquqlarını verir.
Qeyd edək ki, qanun gələn il yanvarın 22-də qüvvəyə minəcək.
Orxan Saffari
Gununsesi.info