
Azərbaycanda kolbasa istehsal edən şirkətdə bədbəxt hadisə baş verib.
Gununsesi.info lent.az-a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində fəaliyyət göstərən “Ay-min” MMC-də (kolbasa şirkəti) qeydə alınıb.
Orada işləyən, Lənkəran rayon sakini, 1971-ci il təvəllüdlü Habil Böyükağa oğlu Quliyevi elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Gununsesi.info