Azərbaycanla Ermənistan arasında dialoqun müsbət nəticə verəcəyinə ümid edirik - Ərdoğan

  • By ilhame
  • 24 Sentyabr 2024 19:26

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyirik.

 

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

 

O bildirib ki, Ankara tərəflər arasında dialoqun müsbət nəticə verəcəyinə ümid edir: “Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması bizimlə Ermənistan arasında əlaqələrə də təsir edəcək”.

Gununsesi.info