Azərbaycan səfiri ukraynalı nazirlə COP29-a hazırlığı müzakirə edib

  • By ilhame
  • 24 Sentyabr 2024 19:49

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svitlana Qrinçuk ilə görüşüb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Seymur Mərdəliyev “X” səhifəsində yazıb.

 

Diplomat bildirib ki, o, nazirlə Azərbaycanın COP-29-a hazırlığını müzakirə edib.

 

Onlar, həmçinin ikitərəfli əlaqələrin dərinləşdirilməsi barədə danışıblar.

Gununsesi.info