FIFA Fransa millisinin bilərəkdən uduzması şübhəsi ilə araşdırmalara başlayıb

  • By ilhame
  • 24 Sentyabr 2024 22:04

FIFA Özbəkistanda keçirilən futzal üzrə dünya çempionatının qrup mərhələsinin III turunda Fransa yığmasının qəsdən uduzması şübhəsi ilə araşdırmalara başlayıb.

 

Gununsesi.info “RMS Sport” agentliyinə istinadən xəbər verir ki, İran millisinə 1:4 hesabı ilə məğlub olan “xoruzlar” 1/8 finala qrup ikincisi kimi yüksəliblər.

 

Fransızlar bu görüşdə qalib gələrək qrup lideri kimi növbəti mərhələyə adlasaydı, püşkatmanın nəticələrinə əsasən 1/4 finalda dünya reytinqində birinci sırada olan Braziliya ilə qarşılaşmalı olacaqdı.

 

Turnir iştirakçılarının iddialarına görə, onlar İrana bilərəkdən uduzublar.

 

Qeyd edək ki, Fransa mundialın 1/8 finalında Tailand yığması ilə qarşılaşacaq.

Gununsesi.info