VAZ-2107 dünyanın ən populyar avtomobilləri sırasında

  • By Günel
  • 24 Sentyabr 2024 16:44

VAZ-2105 və VAZ-2107 avtomobilləri dünya istehsalçılarının ən populyar nəqliyyat vasitələri siyahısında yeddinci yeri tutub.

Gununsesi.info Oxu.Az – a istinadən xəbər verir ki, reytinq Britaniyanın “Autocar” nəşri tərəfindən hazırlanıb.

Məlumatda qeyd olunub ki, mütəxəssislər reytinqi sözügedən avtomobillərin tirajlarını nəzərə alaraq tərtib ediblər.

Reytinqin lideri 1966-cı ildən 51 milyon nüsxədən çox satılan “Toyota Corolla” olub.

Sonrakı yerdə 43 milyon avtomobili satılan “Ford F-Series” pikapları qərarlaşıb. İlk üçlüyü “Volkswagen Golf” qapayıb.

Gununsesi.info