Rusiyanı yalnız “sülhə məcbur etmək” olar — Zelenski

“Bu, məhz lazım olan şeydir: Rusiyanı yalnız sülhə məcbur etmək olar”.

Gununsesi.info bunu Ukrayna prezidenti Zelenski Nyu-Yorkda keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

“Biz bilirik ki, dünyanın bəzi yerlərində Putinlə danışmaq istəyənlər var, görünür, onlar onun bizim xalqımızı qorumaq hüququmuzdan istifadə etdiyimiz üçün necə qəzəbləndiyini eşitmək istəyirlər”, — deyə Zelenski əlavə edib.

O, bu cür fikirləri “dəli” adlandırıb və yalnız Kiyevin qələbəsinin müharibəyə son qoya biləcəyini vurğulayıb: “Bir gün bu zalda mütləq deyəcəklər ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bitdi. Nə dondurulmuş, nə də unudulmuş, həqiqətən bitdi.”

 

Şəbnəm

Gununsesi.info