
Çeçenistanda saxlanılan 3 Azərbaycan vətəndaşının ölkəyə gətirildiyi bildirilir.
Gununsesi.info xəbər verir ki, bu barədə sentyabrın 24-də Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat İdarəsi məlumat yayıb.
Təxminən bir ay əvvəl Elxan Şirinov, Vüqar Məhərrəmov və Nihad Rzayevin Rusiyanın miqrasiya qanunlarını pozmaları ittihamı ilə saxlanıldıqları qeyd olunurdu.
Onlardan Elxan Şirinov və Vüqar Məhərrəmovun Ukraynada müharibəyə göndərilmək məqsədilə Qroznıda təlimlərə cəlb olunduqları barədə xəbərlər yayılmışdı.
Gununsesi.info