Qəbələdə ağır qəza, ölən var

  • By Günel
  • 27 Oktyabr 2024 11:52

Oktyabrın 27-də saat 08 radələrində  Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində hərəkətdə olan “VAZ-2115” markalı avtomobil yolun kənarında dayanan “Ford” markalı avtomobilə çırpılıb.

Gununsesi.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki,  nəticədə “VAZ”ın sürücüsü, 1988-ci il təvəllüdlü Kamil Ağaquluyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini, 35 yaşlı Rusif Kərimov  xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info