Tarixdə bu gün hansı mühim hadisələr baş verib?

2020-ci il 25 oktyabrda Azərbaycan ordusu Qubadlı şəhərini və Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd,Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərini Ermənistanın işğalından azad etdi.

Bəs, oktyabrın 25-də dünyada daha hansı hadisələr baş verib?

Gununsesi.info 25 oktyabr dünyada baş verən hadisələri təqdim edir:

1. 1147-ci ildə Sultan I Məsudun komandanlığındakı Səlcuqlu ordusu alman kralı III Konradın komandanlığındakı Səlib ordusunu Əskişəhir yaxınlığındakı Dorileon müharibəsində məğlub edildi.

2. 1913-cü ildə Bakıda, Hacı Zeynalabdin Tağıyevin teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının premyerası olub.

3.  1917-ci ildə Vladimir Leninin başçılığındakı Bolşevik qüvvələr Rusiyada hakimiyyəti ələ keçirdi.

4. 1924-cü ildə Türk millətçiliğinin simvolu olan simalardan yazıçı, şair və siyasətçi Ziya Gökalp İstanbulda vəfat edib.

5. 1936-cı ildə Adolf Hitler və Benito Mussolini Mehvar dövlətləri birliyini qurduqlarını elan etdilər.

6. 2006-cı ildə ABŞ-da ilk Azərbaycan məktəbi açıldı.

7. 2007-ci ildə Airbus A380 ilk kommersiya uçuşunu həyata keçirdi.

12. 2009-cu ildə İraqın paytaxtı Bağdadda Ədliyyə Nazirliyi və Vilayət binasına minalanmış maşınlarla hücum edildi. 90 nəfər həyatını itirdi, 600 nəfər yaralandı.

Orxan Saffari

Gununsesi.info