Faciəvi şəkildə ölən Arzu tələbə imiş

  • By ilhame
  • 28 Sentyabr 2024 19:45

Xəbər verdiyimiz kimi, Tərtərdə toyuna hazırlaşan 21 yaşlı Arzu Niftalıyeva faciəvi şəkildə ölüb.

Gununsesi.info-nun məlumatına görə, o, yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb.

O, Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

A. Niftalıyeva Bakı Dövlət Universitetinin (BDU) IV kurs tələbəsi olub. O, Ekologiya və torpaqşünaslıq fakültəsinin “Torpaqşünaslıq və aqrokimya” ixtisası üzrə təhsil alırmış.

Gununsesi.info