
“Həsən Nəsrullahın qətli uğurla həyata keçirildi”.
Gununsesi.info xəbər verir ki, bunu İsrailin 12-ci kanalı məlumat verib.
Bildirilir ki, İsrail Müdafiə Ordusu (IDF) “Hizbullah” liderinin qətli ilə bağlı detalları açıqlayıb.
Məlumatda qeyd olunur ki, “dəqiq kəşfiyyat məlumatları əsasında İsrail Hərbi Hava Qüvvələri Beyrutun Dahiye bölgəsində yaşayış binasının altında yerləşən “Hizbullah”ın mərkəzi qərargahına zərbə endirib.
Hücum, “Hizbullah”ın yüksək rəhbərliyinin qərargahda olduğu və İsrailə qarşı terror fəaliyyətini koordinasiya etdiyi anda baş verib.
Nəsrullahın aradan qaldırılmasından sonra Baş Qərargah rəisi məlumat yayıb: “Bu, alətlər qutusunun sonu deyil. Mesaj sadədir, İsrail Dövlətinin vətəndaşlarını təhdid edən hər kəsə – biz onlara necə çatacağımızı biləcəyik”.
Gununsesi.info