Samir Abbasov “Sumqayıt”ı tərk edəcək?

  • By Günel
  • 28 Sentyabr 2024 18:09

Yerli mediada Samir Abbasovun “Neftçi” ilə görüşdə məğlub olacağı təqdirdə “Sumqayıt” klubu ilə yolları ayıracağı barədə məlumat yayılıb.

Gununsesi.info bildirir ki, məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab verən “Sumqayıt” klubunun mətbuat katibi Zaur Xudiyev baş məşqçinin komandadan ayrılmayacağını bildirib:

“Samir Abbasovun klubdan ayrılma xəbəri tamamilə əsassızdır. Baş məşqçi ən azı müqaviləsi başa çatanadək “Sumqayıt” klubu ilə yola davam edəcək”.

Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” görüşü bu gün saat 19:30-da start götürəcək.

Gununsesi.info