
Gürcüstan əhalisinin 32%-i qarşıdan gələn parlament seçkisində hakim Gürcü Arzusu Partiyasına səs verəcəyini bildirib.
Gununsesi.info Globalinfo.az -a istinadən xəbər verir ki, bu nəticə “Edison Research” təşkilatının keçirdiyi sorğudan sonra ortaya çıxıb. Hakim partiyadan sonrakı yeri eks-prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası (20%) tutub. Sonrakı yerlərdə isə Dəyişikliklər Naminə Koalisiya (11,9%) keçmiş baş nazir Georgi Qaxariyanın “Qaxariya – Gürcüstan üçün” koalisiyası (11,9%), Güclü Gürcüstan Koalisiyası (9,9%) qərarlaşıb.
Açıq rusiyayönümlü partiya sayılan Vətənpərvərlər Alyansı gürcülərin cəmi 3,6%-nin səsini toplayıblar.
Qeyd edək ki, Gürcüstanda parlament seçkisi oktyabrın 26-sındadır. Həm müxalifət, həm də iqtidar seçkiyə taleyüklü hadisə kimi baxırlar. Müxalifət seçkidə uduzacağı halda ölkənin Rusiya təsirinə gedəcəyini bildirir. Təxminən eyni şeyi ABŞ-da bəzi dairələr də düşünür və Gürcüstan hökumətinə aşkar təzyiqlər edir.
Tiflisin Qərblə münasibətlərində indiyə qədər görülməmiş gərginlik müşahidə olunur. İqtidar isə seçkidə konstitusion üstünlük əldə etmək istədiyini bildirir.
Bunun sayəsində o, Gürcüstanda Saakaşviliyə yaxın müxalifət partiyalarını qapatdıracağını və eks-prezidenti isə 2008-ci il müharibəsinə görə mühakimə etdirəcəyini bildirir.
Gununsesi.info