“Hizbullah” rəsmən təsdiqlədi: Həsən Nəsrullah ölüb

“Hizbullah” rəsmi olaraq lideri Həsən Nəsrullahın ölümünü təsdiqlədi.

Gununsesi.info-nun verdiyi məlumata görə, bu barədə “Shot” “Telegram” kanalı xəbər verib.

Bundan əvvəl “Ynet” xəbər vermişdi ki, İsrail Həsən Nəsrullahı öldürmək üçün Beyrutun ətrafındakı bunkerin üzərinə hər biri 1 ton ağırlığında 80-dən çox bomba atıb.

İsrail Müdafiə Ordusu (SAXAL) Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın öldürüldüyünü rəsmi olaraq təsdiqləyib.

 

 

Gununsesi.info