
İranın ali dini lideri Ayətullah Əli Xamenei gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə ölkə daxilində təhlükəsiz yerə köçüb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.
Sentyabrın 28-i şənbə günü səhər saatlarında İsrail Müdafiə Qüvvələri (IDF) Livanın şiə Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullahın öldürüldüyünü elan edib.
O, Beyruta raket hücumundan sağ çıxa bilməyib. Bundan əvvəl Nəsrullahın İsrailin şəhərə endirdiyi zərbədən sonra əlaqə saxladığı da məlum olub.
Agentliyin məlumatına görə, İran hazırda Livandakı hadisələrlə bağlı məlumat əsasında gələcək addımları müəyyən etmək üçün Hizbullah ilə daimi əlaqə saxlayır.
Şəbnəm