BRICS-in genişlənməsinin ilk dalğası onlarla dövləti əhatə edəcək - Maksim Rıjenkov

  • By ilhame
  • 28 Sentyabr 2024 13:34

BRICS-in genişlənməsinin ilk dalğası oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək birlik sammiti zamanı başlayacaq.

 

Gununsesi.info Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Maksim Rıjenkov bildirib.

 

O qeyd edib ki, təşkilatın ilk genişlənməsi onlarla dövləti əhatə edəcək: “Hazırda Rusiya sədrliyi genişlənmənin ilk dalğasında olacaq bu ölkələrin siyahısını formalaşdırır”.

 

Hazırda BRICS üzvlərinə 9 ölkə daxildir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Efiopiya.

 

Daha əvvəl 34 ölkənin BRICS-ə qoşulmaq üçün müraciət etdiyi bildirilib. Onların arasında Azərbaycan və Türkiyə də var.

Gununsesi.info