Sumqayıtda zəncirvari qəza olub: 3 nəfər xəsarət alıb - FOTO

  • By Günel
  • 21 Aprel 2025 08:19

Sumqayıt şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.

Gununsesi.info məlumat verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, “Kia”,”Renault” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Onların müalicə və müayinələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

Nissan” markalı avtomobillər bir-birinə çırpılıb.

Məlumata görə, qəza təxminən saat 23:30-da baş verib, nəticədə xəsarət alanlar olub və avtomobillərə ciddi maddi ziyan dəyib.

Hadisə şahidlərinin bildirdiklərinə görə, qəzaya səbəb sürücülərin ara məsafəsini düzgün seçməmələri olub.