Bakıda kitabxana yanıb

  • By Günel
  • 21 Aprel 2025 08:44

Bakı şəhərinin Nəsimi rayonunda bir dam altında tikilən ümumi sahəsi 250 m² olan müxtəlif təyinatlı obyeklərdən sahəsi 20 m² olan kitabxananın yanar konstruksiyaları yanıb.

Bu barədə Gununsesi.info -ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info