Göygöldə ölümə nəticələn yol qəzası: evakuator piyadanı vurub

  • By Günel
  • 19 Aprel 2025 22:35

Göygöldə ölümə nəticələn yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində baş verib.

Yolu keçmək istəyən Müzakir Abdullayevi evakuator vurub.

Piyada hadisə yerində ölüb.

Qeyd edək ki, vəfat edən şəxs Gəncənin Səbiskar qəbristanlığında fəhlə kimi çalışıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info