
“Layiqincə mübarizə apardıq, yaxşı futbol oynadıq”.
Gununsesi.info xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Elvin Məmmədov səfərdə “Sabah”a 2:3 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXXI tur matçından sonra mətbuat konfransında deyib.
37 yaşlı mütəxəssis oyuna ciddi hazırlaşdıqlarını bildirib :”Bizi nəyin gözlədiyini bilirdik. Uşaqlar sağ olsunlar, həm birinci, həm də ikinci hissədə yaxşı mübarizə apardılar. Düzdür, ikinci hissədə bir az yorğunçuluq baş verdi, rəqibin təzyiqi də oldu, daha çox atıldılar üstümüzə. Layiqincə mübarizə apardıq, yaxşı futbol oynadıq. Bu gün bizə nəsib deyilsə, gələcəkdəki oyunlara baxmaq lazımdı”.
O, hesabı qoruya bilməməklərini belə şərh edib: “Sabah”ın keyfiyyətli futbolçuları var. Rəqib daha çox üstümüzə gəldi. Deyərdim ki, fiziki cəhəddən və konsentrasiya baxımından geri qaldıq. Son dəqiqələrdə önəmli olan məhz konsentrasiyadır”.