Sumqayıtda 51 yaşlı kişi dördüncü mərtəbədən yıxıldı - FOTO

  • By Günel
  • 20 Aprel 2025 11:25

Sumqayıtda 51 yaşlı kişinin meyiti tapılıb.

Gununsesi.info “Report”a istinadla xəbər verir ki, hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Mübariz Həsən oğlu Tağıyevin meyiti yaşadığı binanın qarşısında aşkarlanıb. Onun ehtiyatsızlıqdan dördüncü mərtəbədən yıxıldığı güman edilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info