Zelenski Putinin atəşkəs təklifinə sərt reaksiya verdi

  • By Günel
  • 19 Aprel 2025 19:27

Hazırda Ukrayna ərazisində hava hücumu xəbərdarlığı verilir.

Gununsesi.info xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında Rusiya lideri Vladimir Putinin Pasxa atəşkəsi elan etmək qərarını şərh edərkən bildirib.

O yazıb: “Putinin insanların həyatı ilə oynamaq cəhdi ilə bağlı deyim ki, hazırda Ukraynada hava hücumu həyəcanı var”. Saat 17:15-də bizim səma üzərində Rusiyaya məxsus hücum dronları müşahidə edilib”…

Aprelin 19-da V.Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə Pasxa atəşkəsi elan edib. Dövlət başçısının təklifinə əsasən, Rusiya tərəfi aprelin 19-u saat 18:00-dan aprelin 21-i saat 00:00-dək bütün hərbi əməliyyatları dayandıracaq.

Gununsesi.info