Gəncədə yaşayan pravoslavlar Pasxa bayramını qeyd etdi - FOTOLAR

  • By Günel
  • 20 Aprel 2025 13:36

Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub.

Gununsesi.info xəbər verir ki, qərb bölgəsində yaşayan pravoslavlar ötən gecədən başlayaraq məbədə toplaşıb, İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibətilə dini mərasimlərdə iştirak ediblər.

Bayram mərasimlərində Gəncə Şəhər İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin nümayəndələri də iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin pravoslav icmasına ünvanladığı təbrik məktubu səsləndirilib. Ölkədə sülhün, əmin-amanlığın və rifahın daim olması arzulanıb, eyni zamanda şəhidlərin ruhuna dualar oxunub.

Bayram münasibətilə kilsədə Pasxaya məxsus dini ayinlər icra olunub, şamlar yandırılıb, dualar oxunub.(Teleqraf)