Ziya Bünyadov prospektində təmir işləri aparılacaq

  • By Günel
  • 19 Aprel 2025 22:06

Aprelin 20-də Bakı şəhəri, Ziya Bünyadov prospektinin bir hissəsində (“Koroğlu” metro stansiyası istiqamətində “Çermet” körpüsündən tunelin girişinə qədər olan hissədə) təmir işləri aparılacaq.

Bu barədə Gununsesi.info AAYDA-ya istinadən xəbər verir.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Gununsesi.info