Tanınmış futbolçu qəzada öldü

  • By Admin2
  • 19 Aprel 2025 15:01

Xorvatiya millisinin sabiq üzvü Nikola Pokrivaç faciəvi şəkildə həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Xorvatiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

39 yaşlı yarımmüdafiəçi avtomobil qəzasında dünyasını dəyişib.

Qeyd edək ki, Nikola Pokrivaç  Zaqreb “Dinamo”su, “Zalsburq”, “Monako”, “Riyeka”, “Şaxtyor” (Qazaxıstan), “Slaven” kimi klublarda da çıxış edib.

Gununsesi.info