
İntensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.
Gununsesi.info xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.
Xəbərdə deyilir ki, FHN qüvvələri zəruri və təxirəsalınmaz tədbirlərin görülməsində iştirak edirlər: “Hazırda bəzi ərazilərdə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir”.