
İdmançı Kamil Zeynallı açıqlaması ilə diqqət çəkib.
Gununsesi.info xəbər verir ki, “Efirdən kənar” verilişinə qonaq olan idmançı pulu olmasına baxmayaraq, 2011-ci il istehsallı avtomobil idarə etdiyini deyib:
“Bu gün mənim evim, şəraitim var. Mən o yığdığım xırda pulları hər şeyə xərcləyə də bilərdim. Məsələn: bir dostum var. 2020-2021-ci il istehsallı “Gelandewagen” alıb. Sağlığına qismət olsun. Mənim “Gelandewagen”im isə 2011-ci il istehsallıdır. Əlimdə pul ola-ola iki-üç dəfə cəhd etmişəm ki, maşınımı dəyişim. Lakin mən dəyişməmişəm, o pula ilkin ödəniş edib, ev almışam”.
Kamil Zeynallı bəzən bizim cəmiyyətdə insana onun sosial rifahına və statusuna görə hörmət edildiyini də vurğulayıb. (baku.ws)