
Zelenski atəşkəsin 30 gün uzadılmasını təklif edib.
Gununsesi.info xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski atəşkəsin 30 gün uzadılmasını təklif edib. O, X sosial şəbəkəsində yazıb:
“Əgər tam hüquqlu atəşkəsə əməl olunarsa, Ukrayna onu aprelin 20-dən sonra da uzatmağı təklif edir”
O izah etdi ki, bu, Rusiyanın əsl niyyətlərini görməyə imkan verəcək, çünki:
“30 saat başlıqlar üçün kifayətdir, lakin real etimad quruculuğu tədbirləri üçün kifayət deyil. 30 gün sülh üçün bir şansdır”
Zelenski vurğulayıb ki, Ukrayna Rusiya tərəfinin hərəkətlərinə simmetrik cavab verməyə hazırdır:
“Susmaya cavab olaraq susmaq, hücumlara cavab olaraq əks hücumlar”
Eyni zamanda o əlavə edib ki, Kiyev Moskvanın sözlərinə etibar edə bilməz:
“Biz Moskvanın necə manipulyasiya etdiyini çox yaxşı bilirik. Biz hər şeyə hazırıq”
Elan edilmiş atəşkəsə baxmayaraq, rus qoşunları şənbə günü axşam saatlarında Ukrayna mövqelərini atəşə tutmağa davam edib. Bu barədə Ukrayna komandanlığı məlumat yayıb. Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Telegram-da yazıb:
“Ruslar özlərini “sülhməramlılar” kimi göstərməyə çalışırlar, lakin martın 11-də qeyd-şərtsiz atəşkəsdən imtina etdilər”
O əlavə etdi:
“Atəşkəsdən” danışırlar, amma dayanmadan atəş açmağa davam edirlər”.
Onun sözlərinə görə, Moskvanın məqsədi sülh səylərinin uğursuzluğuna görə Ukraynanı günahlandırmaqdır.
Zelenski uzunmüddətli atəşkəs təklifini Putinin Pasxa ilə bağlı qısamuddətli atəşkəs təklifindən sonra verib.