
Keniyanda aslanın hücumuna məruz qalan 14 yaşlı qız ölüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Keniya Vəhşi Təbiət Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, hadisə Nayrobi Milli Parkının düz yanındakı fermada baş verib. Aslan yeniyetmə qızı yaşadığı ərazidən qaçırıb.
Başqa bir azyaşlı uşaq bunu görüb səlahiyyətliləri xəbərdar etdikdən sonra xilasedicilər hərəkətə keçib və Mbagathi çayının sahilində qızın cansız bədənini tapıblar.
Xilasetmə xidməti oxşar hadisələrin baş verməməsi üçün əlavə təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıb.
Eyni gündə daha bir faciəli hadisənin baş verdiyini açıqlanıb. Nayrobidən təxminən 130 kilometr şimalda yerləşən Nyeridə 54 yaşlı kişi filin hücumundan sonra ölüb.
Meşədə otlayan filin hücumuna məruz qalan kişinin qabırğası sınıb, daxili orqanları zədələnib. Kişi xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.