Gevara ABŞ milli komandasının idmançıları və məşqçiləri ilə görüşüb - Bakıda

  • By Admin2
  • 19 Aprel 2025 14:59

ABŞ-ın Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Gevara Bakıda Beynəlxalq Gimnastika Federasiyasının təşkil etdiyi Bədii Gimnastika üzrə Dünya Kuboku çərçivəsində ABŞ milli komandasının idmançıları və məşqçiləri ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyinin rəsmi səhifəsi məlumat paylaşıb.

Bildirilir ki, o,  komanda üzvlərinin istedadını və əzmini, həmçinin idmanın diplomatiyada oynadığı mühüm qlobal rolu vurğulayıb.

Turnirdə ölkəsini təmsil edən ABŞ komandasına uğurlar arzulanılıb.

Gununsesi.info