
İsrailin keçmiş Baş naziri Naftali Bennett aprelin 20-nə keçən gecə özünü pis hiss etdikdən sonra təcili olaraq “Meir” xəstəxanasına çatdırılıb.
Bu barədə Gununsesi.info “Times of Israel”ə istinadla xəbər verir.
Bildirilir ki, xəstəxanada 53 yaşlı siyasətçinin üzərində ürək damarlarının katererizasiyası proseduru aparılıb.
N.Bennettin çevrəsindəkilər onun özünü yaxşı hiss etdiyini və tezliklə xəstəxanadan buraxılacağını vurğulayıblar.