
Yer kürəsində yaxın günlərdə bir neçə güclü maqnit qasırğası müşahidə olunacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.
Bildirilir ki, 21 aprel axşamı güclü maqnit qasırğası ehtimalı 80 faizədək artacaq. Bununla belə, 20 aprel tarixində maqnitosferin sakit qalacağı proqnozlaşdırılır. 22 aprel tarixində isə qasırğa ehtimalı 85 faizə çatacaq. 23-24 aprel tarixlərində isə G2 səviyyəli güclü maqnit qasırğalarının baş verəcəyi gözlənilir. Maqnit sahəsində sabitləşmə isə yalnız 25-29 aprel tarixlərində mümkün olacaq.
Qeyd edək ki, artıq 16 apreldə Yer üzündə maqnit qasırğası başlayıb. Bu, Günəşdən gələn iki böyük protuberansın Yer maqnit sahəsinə təsiri nəticəsində baş verib. 16 aprel gecəsi və 17 aprel səhəri G3 (güclü) və G2 (orta) səviyyəli, daha sonra isə G2 və G1 (zəif) səviyyəli qasırğalar qeydə alınıb.
19 apreldə isə maqnit qasırğasının gücü 5 ballıq şkala üzrə 4 bala yüksəlib.