Roma Papası Azərbaycan və Ermənistana sülh çağırışı etdi

  • By Günel
  • 20 Aprel 2025 16:55

Roma Papası Fransisk Pasxa bayramı münasibətilə bütün xristian aləmini təbrik edib və bayram çıxışında dünyada davam edən münaqişələrə toxunaraq, sülh, ədalət və humanitar dəstək çağırışları ilə beynəlxalq ictimaiyyətə müraciət edib.

Guunsesi.info xəbər verir ki, o çıxışında Ermənistan və Azərbaycan arasında sülhə nail olunmasının vacibliyini vurğulayıb.

“Sülhə yalnız silahsızlaşma ilə nail olmaq olar. Hər bir xalqın öz təhlükəsizliyini təmin etmək hüququna malik olduğunu anlayaraq, bu prosesin qlobal silahlanma yarışına çevrilməsinə imkan verilməməlidir”, – deyə Papa vurğulayıb.

Gununsesi.info