Britaniya Rusiyanı tam atəşkəsə və danışıqlara çağırdı

  • By Günel
  • 20 Aprel 2025 12:33

Böyük Britaniya Rusiya hökumətini Ukraynada tam atəşkəsə və sülh danışıqlarına başlamağa çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Rusiya Prezidenti Vladimir Putinin elan etdiyi Pasxa atəşkəsi Ukraynada davamlı və ədalətli sülh danışıqlarına yol açmalıdır:

“Ukrayna rəhbərliyi artıq tam atəşkəs öhdəliyini üzərinə götürüb. Buna görə də Rusiya tərəfi də eyni addımı atmalı və dialoqa hazır olduğunu nümayiş etdirməlidir. Vladimir Putin sülhə ciddi yanaşdığını göstərməlidir”.

Qeyd edək ki, bundan əvvəl İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani Pasxa atəşkəsini Ukraynada sülhə doğru müsbət addım kimi qiymətləndirmişdi.

Gununsesi.info