
ABŞ-nin Nebraska ştatında təyyarə qəzası zamanı üç nəfər ölüb.
Gununsesi.info xəbər verir ki, bu barədə “ABC News” polisə istinadən məlumat yayıb.
Təyyarə Frimont şəhərindəki Platt çayına düşüb. Hadisənin səbəbi hələlik məlum deyil.
Ölənlərin kimliyi barədə məlumat verilmir. Bildirilir ki, təyyarənin göyərtəsində üç nəfər olub.