
Tunisdə 1 milyon 200 min ədəd narkotik tərkibli ekstazi həbinin daşınmasının qarşısı alınıb.
Gununsesi.info xəbər verir ki, bu, Tunis tarixində ən böyük narkotik qaçaqmalçılığına cəhd sayılır. Müsadirə olunmuş həblərin ümumi dəyəri 13 milyon dollara yaxındır.
Bir çox cinayətdə iştirakı təsdiqlənən şəbəkə zərərli maddələri əsasən tələbələr arasında yaymaqla məşğul olub.
Faktla bağlı araşdırma aparılır.