
Yaponiyanın Baş naziri Şiqerunun İşiba militarizm simvolu sayılan Tokiodakı Yasukuni Şinto ziyarətgahına sitayiş etdiyi üzə çıxıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Kyodo Tsushin” xəbər agentliyi məlumat yayıb.
Baş nazir yazın başlanması ilə əlaqədar həmişəyaşıl ağacın lentlə bəzədilmiş budağını türbəyə göndərib.
Amma baş nazir Yasukuniyə şəxsən səfər etməkdən çəkinib.
Yaponiya hökumətinin üzvləri Yasukuniyə şəxsən səfər etməsələr də, uyğun əşyalar göndərməklə ziyarətgaha inamlarını ifadə ediblər.
Xatırladaq ki, XX əsrin I yarısında Yaponiyanın təcavüzünə məruz qalan Çində, Yaponiyanın keçmiş müstəmləkəsi olan Koreyada Yasukuni məbədi yapon hərbi qüdrətinin simvolu hesab edilib. Yaponiya rəsmiləri tərəfindən məbədin ziyarət edilməsi isə militarizm hərəkəti və yapon təcavüzündən həlak olanların xatirəsinə təhqir kimi qiymətləndirilir.
Yapon imperatorları 1978-ci ildən özlərinin baş ilahə hesab olduqları Yasukunini ziyarət etmirlər.
26 dekabr 2013-cü ildə Yaponiyanın Baş naziri Şinzo Abenin Tokioda Yasukuni məbədini ziyarət etməsi diplomatik qalmaqal yaratmışdır. Çin, Cənubi Koreyavə Rusiyanın rəsmiləri buna öz etirazlarını bildiriblər.