
Bakıda güclü yanğın başlayıb.
Gununsesi.info xəbər verir ki, hadisə Dərnəgül ərazisində Ağasadıq Gəraybəyli küçəsində yerləşən “Tayqa” marketlər şəbəkəsinin əsas bazasında baş verib.
Məlumata görə, ərazidə 3 minik avtomobili yanıb. Yanğının yaşayış binasına düşməsi təhlükəsi var.
Yanğının söndürülməsi üçün yanğınsöndürənlər tərəfindən tədbirlər görülür.
Hadisə baş verən ərazidən görüntüləri təqdim edirik: