Son dünya çempionu Bakıda uduzdu

Milli Gimnastika Arenasında keçirilən minifutbol üzrə dünya çempionatında bu gün II turun ilk 8 qarşılaşması oynanılıb.

Gununsesi.info xəbər verir ki, turun açılış matçı A qrupunda Mavritaniya və Bəhreyn arasında olub. Mavritaniya 2:0 hesabı ilə qalib gəlib.

Qrupun digər matçında Azərbaycan yığması Sloveniyanın qapısından 4 top keçirib. Bununla da Azərbaycan və Mavritaniya hərəyə 4 xalla qrupda ilk 2 pillədə qərarlaşıb.

Bundan əvvəl isə azarkeşlər C qrupunun Türkiyə – Ukrayna görüşünü izləyiblər. “Ay-ulduzlular 3:1 hesablı qələbə ilə xallarını 4-ə çatdırıb.

Günün sensasiyası isə Çad yığmasının son dünya çempionu Rumıniyaya qalib gəlməsi olub.

Dünya çempionatı

II tur
23 may

A qrupu

12:45. Mavritaniya – Bəhreyn – 2:0
20:45. Sloveniya – Azərbaycan – 0:4

Xal durumu: Azərbaycan – 4, Mavritaniya – 4, Bəhreyn – 1, Sloveniya – 1

B qrupu

14:00. Fransa – Özbəkistan – 3:3
16:30. Çad – Rumıniya – 4:2

Xal durumu: Fransa – 4, Çad – 3, Rumıniya – 3, Özbəkistan – 1

C qrupu

15:15. İngiltərə – Macarıstan – 1:1
19:30. Ukrayna – Türkiyə – 1:3

Xal durumu: İngiltərə – 4, Türkiyə – 4, Macarıstan – 2, Ukrayna – 0

D qrupu

18:15. Bolqarıstan – Hindistan – 5:0
22:00. Portuqaliya – Slovakiya – 2:1

Xal durumu: Portuqaliya – 6, Slovakiya – 3, Bolqarıstan – 3, Hindistan – 0.

Qeyd edək ki, turun qalan 8 oyunu mayın 24-də keçiriləcək.

Gununsesi.info