Filippin sahilində zəlzələ

Filippin sahilində 5,2 maqnitudalı zəlzələ olub.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtı ilə 06:36 qeydə alınmış zəlzələnin episentri San-Fernando şəhərindən 10 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 35 kmdə dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Gununsesi.info