
Türkiyə Mərkəzi Bankının keçmiş rəhbəri Rüşdü Saracoğlu vəfat edib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 77 yaşlı iqtisadçı ürək xəstəliyindən dünyasını dəyişib.
Məlumata görə, R.Saraçoğlu Türkiyədə iqtisadi idarəçilikdə yüksək vəzifələrdə çalışıb. O, sabiq Baş nazir Mehmet Şükrü Saracoğlunun nəvəsi olub.