SOCAR ilə Pakistan şirkətləri arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub

  • By Günel
  • 01 Fevral 2025 19:00

SOCAR-ın prezidenti Rövşən Nəcəf Pakistan İslam Respublikasının özəlləşdirmə, nəqliyyat və investisiya naziri Aleem Khan ilə görüşüb.

Bu barədə Gununsesi.info -ya SOCAR-dan bildirilib.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.

Söhbət zamanı SOCAR ilə Pakistanın neft-qaz sahəsində fəaliyyət göstərən şirkətləri arasında hazırda müzakirə edilən layihələrin statusu, əldə edilmiş irəliləyişlər, hədəflərlə bağlı fikir mübadiləsi aparılıb, yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Gununsesi.info